Ağır durumda olan Şəhid balasının müalicəsi başladı – Mehriban xanımın tapşırığı ilə

Ağır durumda olan Şəhid balasının müalicəsi başladı – Mehriban xanımın tapşırığı ilə backend

O, bronxlar və ciyərlərdən əziyyət çəkirdi.

Xəbər verildiyi kimi, Şəhid oğlu Mehdiyev Elxan Elman oğlu 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra vərəmə yoluxub. Əsgərliyi başa vurmasına 6 ay qalmış isə xidmətə yararsız hesab edilib. Həm sağlıq durumu, həm də ev şəraiti ağır vəziyyətdədir. Yalnız balon vasitəsi ilə nəfəs ala bilir.

Bundan xəbər tutan ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid balası ilə bağlı tapşırıq verib. Onun tapşırığından dərhal sonra Tərtərin Təzəkənd kəndinə tibbi briqada və tikinti mütəxəssisləri yollanıb. Bizə verilən məlumata görə, kənddə Şəhid ailəsi üçün yeni mənzilin inşasına başlanıb.

Bu gün isə xəbər tutduq ki, Elxan artıq Bakıya gətirilib. Bakıda Ağ Ciyər Xəstəlikləri İnstitutunda müayinə və müalicəsi başlanıb. QAZİLER.AZ-ın əməkdaşı Nicat Cəlilov xəstəxanada olub, E.Mehdiyevdən qısa açıqlama alıb. Onu sizin diqqətinizə təqdim edirik:

Xatırladaq ki, “Qarabağ Studio”yanın E.Mehdiyevlə bağlı hazırlayıb yaydığı video müraciəti Xəzər tv-nin əməkdaşı Tarix (Tolik) Əliyev tərəfindən ictimailəşməsi problemin həllinə vəsilə olmuşdur.



QAZİLƏR.AZ