Arzu Rəhimov qəbul keçirəcək

Arzu Rəhimov qəbul keçirəcək backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 17-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Xidmətdən Qaziler.az -a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-dək SHXÇDX-nin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.