Bu gün Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin dənizə düşməsi nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Azvision.az xəbər verir ki, pilotun ailəsi, yaxınları və xidmət yoldaşları onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov da anım mərasimdə iştirak edib.Yas mərasimi Heydər məscidində davam etdirilir.