Daha 47 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Daha 47 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi backend

Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6521, o cümlədən cari ilin ötən dövründə 377 avtomobil verilib

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından danışaraq cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. Nazir müavini qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının hər il daha da artırıldığını vurğulayan A.Kərimov cari ildə Prezidentin aylıq təqaüdünün şəhid ailələri üçün 300 manata çatdırılmasının, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının sosial islahatlar paketinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, I qrup əlilliyi olanlara qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

A.Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. Dövlət başçısının Sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib.

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Tədbirdə çıxış edən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkdə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq güclənməsinə, həmçinin, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Diaspora