Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var backend

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.

***10:45

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Diaspora