Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.