Bronxlar və ciyərlərdən əziyyət çəkən şəhid oğlu imkanlı şəxslərdən yardım istəyir.
“Qarabağ Studio”ya müraciət edən Mehdiyev Elxan Elman oğlu 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra vərəmə yoluxub. Əsgərliyi başa vurmasına 6 ay qalmış isə xidmətə yararsız hesab edilib yəni bu əzaba əsgərlikdə tutulub.Bir ciyərin və hava balonlarının ümidinə qalan şəhid oğlu dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona yardım əlini uzadan olmadığını deyir. Səhhəti günü-gündən pisləşən E.Mehdiyev müalicəsinin Türkiyədə mümkün olduğunu bildirib.
Qeyd edək ki, E.Mehdiyev anası, oğlu, bacısı və onun uşaqları ilə birgə Tərtərin Təzəkənd kəndində torpaq evdə yaşayır. Evin (o daxmaya ev demək olarsa - red.) rütubətli olması isə vərəm xəstəsinin vəziyyətinin günü-gündən pisləşməsinə səbəb olub. Dəfələrlə mətbuat vasitəsi ilə müvafiq orqanlara müraciət etsələr də Mehdiyevlər ailəsinin bu dərdinə əlac edən tapılmamışdı.
Elxan Prezidentdən, Birinci vitse - prezidentdən və imkanli şəxslərdən yardım istəyir
Yardım etmək istəyənlərin nəzərinə:
0553435952 Elxanın nömrəsi