Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.
APA-nın yerli bürosunun məlumatına görə, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.
Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.
Allah rəhmət etsin!