ƏLİLLƏR AÇILIŞ VƏ BAĞLANIŞ MƏRASİMLƏRİNƏ BURAXILMAYACAQ 1-ci Avropa oyunlarının başlanmasına bir neçə gün qalır.Təşkilatçılar Baki 2015-in hamıya bərabər imkanlar yaratmasından,ayrı-seçkilik edilməməsindən informasiyalar yayır.Əlillərin və onları müşayiət edənlərdən bir nəfərinin bütün yarış sessiyalarına pulsuz bilet əldə etmələri də qərara alınıb. Sadəcə əlilliyi təsdiq edən sənədi təqdim edib bilet almaq mümkündür. Amma...
“Əmma” budur ki,əlillərin açılış və bağlanış mərasimlərinə buraxılmasına bilet verilməyəcək. Daha bunun nəyi hamıya eyni gözlə baxmaq oldu? Bu, əlillər barədə ayrı-seçkilikdən başqa bir şey deyil. “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə əlillər barədə ayrı-seçkilik qadağandır və qanunla məsuliyyətə nədən olur. Həmin qanunun 31-37 –ci maddələrində əlillərin idman yarışlarına, tamaşa salonlarına və sairə pulsuz buraxılmaları təsbit olunub. 1-ci Avropa oyunlarının açılış və bağlanış mərasimləri isə idman tamaşasıdır. Niyə əlillər bu bayram tamaşasından məhrum edilsin?Ümid edirik ki, Bakı 2015-in təşkilat komitəsinin başçısı, ölkənin 1-ci xanımı Mehriban xanım Əliyeva ayrı-seçkiliyə son qoyacaq.
M.Ağsu