Şəhid pilot Rəşad Atakişiyevin qardaşı Nicat Atakişiyev qardaşının məzarı başından tapdığı məktubla bağlı feyzbuk hesabında bunları paylaşıb
"Qardaş, o gün gəldim yanina. Şəklinin yaninda bir namə gördüm, acıb oxudum. Milyonların səni nəcə sevdiyinin bir daha şahidi gördüm. Bu naməni səni tanımayan bir xanim yazsa da millyonların qəlbindən dilinə süzülən sözlər olub. Sən hər kəsin qardaşı olmağı bacardın.Deyirlər, oradan hec nə evə gətirilməməlidir, uğursuzluq gətirir. Mən gətirdim onu, saxlayacam. Qoy ugursuzluq gətirsin mənə sənin yanından gələn seylər.
Bir qardaş mətini tam paylaşmamı istədi:
Allahın salamı rəhməti olsun muqəddəs ruhuna, Şəhidim.
Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Sağ-salamat tapılıb ailənə qovuşman üçün hər gün Allaha dua edən, nəzirlər deyən bir bacın idim. Şəhid düşmə xəbərini aldığım anda, bircə kəlmə deyə bilmədim göz yaşları içərisində: Rəbbim, Rəşad Atakisiyevi sənə qonaq göndərirəm :(((
Öz əzəmətin, rəhmətin xatirinə bu aciz bəndənin duasıni qəbul et.
Son nəfəsim ağzımdan cıxan günə qədər hər səhər sübh namazinda səni anacam, Şəhidim. Ruhun şad olsun".