Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb.
“Azəriqaz”dan Qaziler.az-a verilən məlumata görə, yenə də Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsüyyə olunub. İlkin məlumata görə İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.