“Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin (RQİİ) əməkdaşları Ağcəbədi xidmət sahəsində şadlıq evlərindən birinin başqa bir obyektin qaz xəttinə qeyri-qanuni qoşulmasını aşkarlayıb.
“Azəriqaz”dan Qaziler.az-a bildirilib ki, həmin obyekt kənarda zibillik ərazisində xəttin altındakı dayağın içərisi ilə boru yeridərək qanunsuz birləşmə aparıb. Daha sonra isə qazın rezin boru ilə oğurlanması ilə məşğul olub. Faktın aşkarlandığı yerdən həvəskar çəkiliş kadrlarını Facebook səhifəmizdən izləyə bilərsiniz.Qaz xəttinə qeyri-qanuni qoşulma aşkarlanıb

