Nazir Raquf Orucovun oğluna verdiyi sözə əməl etdi - FOTO

Nazir Raquf Orucovun oğluna verdiyi sözə əməl etdi - FOTO backend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid oğluna planşet hədiyyə edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Şəhidlərimiz" Facebook səhifəsində məlumat verilib.

Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.

Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib.



Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

Diaspora