Sentyabrın 1-i Modern.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur.
Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. O, hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya mənbələrindən biridir.Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Yubilyar yalnız Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla izlənilən xəbər saytıdır.
Qaziler.az saytın yaradıcısı Elşad Eyvazlı başda olmaqla bütün kollektivi 10 illik yubileyi münasibəti iləı təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.
Qaziler.az