Protez -Ortopedik Bərpa Mərkəzində əlil təşkilatlatları ilə görüş keçirilib - FOTO

Protez -Ortopedik Bərpa Mərkəzində əlil təşkilatlatları ilə görüş keçirilib - FOTO backend

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez -Ortopedik Bərpa Mərkəzində "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firidun Məmmədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlunun iştirakı ilə görüş keçirilib.

Qaziler.az bildirir ki, görüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez -Ortopedik Bərpa Mərkəzində mərkəzin kollektivi ilə olub.

Bu illər ərzində Qarabağ əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya, xidmətdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez -Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidova, mərkəzin stonsionar şöbəsinin baş həkimi Şəmsəddin Xudaverdiyevə, mərkəzin baş mühəndisi Elmira Əsədova sözügedən ictimai birliklər tərəfindən diplomlar təqdim edilib.

Tədbirdə çıxış edən Firidun Məmmədov, Asəf Əliyev və Rey Kərimoğlu müharibə və ondan sonrakı dövrdə həkimlərin müharibə əlillərinə göstərdikləri qayğı və xidmətdən danışaraq bunu yüksək qiymətləndirmiş, onlara öz minnətdarlıqlarını bildiriblər.

Təltif olunanlar çıxışları zamanı göstərdikləri xidmətin vəzifə və vətəndaşlıq borcu olduğunu qeyd edərək təşkilatlara onların xidmətlərini qiymətləndirdiklərinə görə təşəkkür ediblər. Eyni zamanda onlar bunu bütövlükdə kollektivə verilən qiymət kimi dəyərləndiriblər.













Diaspora