"Cənnət yolçusu" sənədli filminin təqdimatı oldu - FOTO

"Cənnət yolçusu" sənədli filminin təqdimatı oldu - FOTO backend

Avqustun 28-də Qarabağ qazisi, polkovnik-leytenant Bəhram Ağakişiyevin həyatından, döyüş yolundan bəhs edən "Cənnət yolçusu" sənədli filminin təqdimatı olub.

Qaziler.az bildirir ki, "Cənnət yolçusu" sənədli filmi Azərbaycan respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstək Şurasının maliyyə yardımı ilə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən hazırlanıb. Layihə rəhbəri Şəmistan Əlizamanlıdır. Filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilov, redaktoru Rey Kərimoğludur.

Filmin təqdimatında Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, prezident aparatının nümayəndəsi Rasim Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxış etdi.



Çıxışçılar filmin əhəmiyyətindən, mövzunun aktuallığından danışaraq filmi yüksək qiymətləndirdilər. Filmi ərsəyə gətirdiklərinə görə yaradıcı heyətə, dəstəyə görə Azərbaycan respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstək Şurasına təşəkkür etdilər.













Diaspora