Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib backend

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Qaziler.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.
Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

Diaspora