Sahibkarlığa Kömək Milli Fondu Hacıqabulda investisiya layihələrini qəbul edəcək

Sahibkarlığa Kömək Milli Fondu Hacıqabulda investisiya layihələrini qəbul edəcək backend

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə nazirlikdən QAZİLER.AZ-a məlumat verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il mayın 27-də Hacıqabul rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
- cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması;
- çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Sahibkarlığa Kömək Milli Fondu
Diaspora