Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu - FOTOLAR

Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu - FOTOLAR backend

Xəbər verdiyimiz kimi, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi bu gün tapılaraq dənizdən çıxarılıb.

Sabah saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.



Azvision.az -ın məlumatına görə, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olub. Ailənin yeganə övladı olan Rəşad orta məktəbi Samux rayonunun Alabaşlı kəndində bitirib.



Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Atakişiyev Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.

O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.



Qeyd edək ki, polkovnik-leytenant Rəşad Atakişiyev, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Mərhumun 3 və 7 yaşında oğul övladları yadigar qalıb.







Diaspora