Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi

Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi backend

Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

"Report" xəbər verir ki, polis polkovnik-leytenantı Bəkir Cabbarov şöbənin rəisi vəzifəsinə təyin edilib.

Bu təyinata qədər B.Cabbarov Zəngilan RPŞ-də rəis müavini idi.

Qeyd edək ki, Zəngilan polisinin əvvəlki rəisi, polis polkovniki Ənvər Həsənov isə bir müddət əvvəl Ağcəbədi RPŞ-nin rəisi təyin edilib.
Diaspora