Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 23 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilib. Trend Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə respublikanın bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını səmimi salamlayan “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov öncə kənd təsərrüfatı məhsulu istehsalçılarını 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması münasibətilə təbrik edib, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, xüsusilə, ölkə başçısı tərəfindən fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi, “Aqrolizinq” ASC tərəfindən fermer və sahibkarlara göstərilən xidmətlər barədə geniş məlumat verib.Yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Qarabağ müharibə veteranları Sadiq Quliyev və Mehman Qurbanova, həmçinin şəhid ailələri Şahmərdanov Hacıbala Məmmədəli oğlu və Zeynalov Vaqif İsa oğluna təqdim olundu.
Tədbirdə “Aqrolizinq” ASC-nin sədri bildirib ki, bu gün texnikaların alınmasında müraciətlər artıq onlayn rejimində bir pəncərə prinsipi əsasında həyata keçirilir, həmçinin texnikaların verilməsində yeni üsul – Avtomatlaşdırılmış Elektron İdarəetmə sisteminin işlək mexanizmi ilə tanış olundu və müvafiq məsləhət və tövsiyələr verildi. E.Məmmədov güzəştlərin tətbiq olunmasının son nəticədə fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin daxili istehsal hesabına ərzaqla təmin olunmasına öz töhvəsini verəcəyini xüsusilə vurğuladı.ədbir iştirakçıları Almaniyadan gətirilmiş 66 baş südlük istiqamətli Hollştin-Friz cinsinin saxlanma şəraiti ilə tanış oldular.
Çıxış edən Qarabağ müharibə veteranları və şəhid ailələri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.