I Avropa Oyunları Bakıya turistlərin ən sevimli yerinə çevrilməsində kömək edəcək. Bunu Trend-ə Böyük Britaniyanın London şəhərinin Lord meri Alan Yarrou deyib. O, qeyd edib: "Bakıya gələndə təəccübləndim. Şəhər çox xoşuma gəldi. Bakı son 20 ildə çox dəyişib. Şəhərin ab-havası olduqca əladır və Bakının mənzərəsi çox xoşuma gəldi".
Lord merin sözlərinə görə, Avropa Oyunlarının ümumilikdə Azərbaycana, xüsusilə də Bakıya nə verəcəyini anlamaq üçün 2012-ci il Olimpiya Oyunlarının Londona nə verdiyinə baxmaq kifayətdir: "London yenidən iri biznes mərkəzi kimi dirçəldi və turistlərin ən sevimli yeri oldu. Hesab edirəm ki, Bakını da eyni aqibət gözləyir".Londonun Lord meri: Avropa Oyunları Bakını turistlərin ən sevimli yeri edəcək

