Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.