Yevlax rayonunun Qoyunbinəsi kənd sakini II qrup Qarabağ əlili, 3 uşaq atası Teyyub Dadaşov ölkə Prezidentinə, Vitse-prezidentə müraciət edərək torpaq sahəsi almaq üçün kənd bələdiyyəsinə müraciətlərinin cavabsız qaldığından şikayətlənib.
Qaziler.az bildirir ki, hazırda iki oğlu vətən qarşısında borcunu vermək üçün hərbi xidmətdə olan Qarabağ qazisi bildirir ki, əkinçiliklə məşğul olmaq üçün kifayət qədər torpaq sahəsinə malik deyil və bu səbəbdən öz təcrübəsindən və imkanlarından istifadə edə bilmir. “Baxmayaraq ki, bizim kəndin inzibati ərazi bölgüsündə yüzlərlə hektar kənd bələdiyyəsinin ehtiyat fonduna aid yararlı torpaq sahələri var. Kənd əhalisinə bu günə qədər məlum deyil ki, həmin torpaq sahələri kimin istifadəsindədir, kimlər həmin torpaq sahələrindən nə məqsədlə istifadə edir və ümumiyyətlə, bələdiyyəyə aid bu torpaq sahələrindən əldə olunan gəlirlər bələdiyyənin büdcəsinə köçürülürmü? Mənim bildiyim qədər bələdiyyə mülkiyyətində olan həmin torpaq sahələrinin heç bir qeydiyyatı aparılmır, onlara heç bir nəzarət yoxdur və bələdiyyə torpaqları bir neçə şəxs tərəfindən uzyn illərdir ki, zəbt olunaraq o şəxslərin maraqları üçün istifadə olunur” - deyə Qarabağ əlili qeyd edib.Teyyub Dadaşov Prezidentə ünvanladığı bu müraciətlə böyük ailə başçısı olduğunu nəzərə alınmasını, sözügedən bələdiyyə torpaqlarından 20 ha ayrılaraq onun ailəsinin istifadəsinə verilməsini xahiş edib.




Qalib İsmayılov