Samux və Ağsu rayonlarında qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Qaziler.az-a verilən məlumata görə, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılıb.