Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət” avtobuslarının və “ASAN qatar”ın hərəkət istiqamətinin cədvəlinə uyğun olaraq “Azəriqaz” İB-nin əməkdaşları xidmət göstərməkdə davam edir.
Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, birliyin mütəxəssisləri Səyyar “ASAN qatar”la Lənkəranda, səyyar “ASAN xidmət” avtobusları ilə Oğuzda, Biləsuvarda, Salyanda, Mərdəkanda, Gədəbəydə, Qusarda, Lerikdə, Tərtərdə və Şamaxıda bu ayın axırınadək vətəndaşların problemlərinin həllinə yardımçı olacaqlar.“Azəriqaz”-ın əməkdaşları “ASAN qatar” və “ASAN xidmət” avtobusları ilə hansı bölgələrdədir?

