Görmə imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılacaq

Görmə imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılacaq backend

Görmə imkanları məhdud uşaqlar üçün 2 sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, bu mərkəzlər görmə imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına şərait yaradılması yönündə müxtəlif formalarda işlər aparacaq.

Belə uşaqların mövcud potensiallarını, bacarıqlarını inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması, onlar üçün nəzərdə tutulan inklüziv təhsillərinin dəstəklənməsi və s. üçün sınanmış reabilitasiya metodlarından istifadə ediləcək.