Vilayət Eyvazovun müavini kimdir? - DOSYE

Vilayət Eyvazovun müavini kimdir? - DOSYE backend

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov Azərbaycan Polis Akademiyasının yetirməsidir. Daha öncə Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

S.Əzimov 2014-cü ilin noyabrın 4-dən isə DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.