Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub

Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub backend

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədilə Mütəllibova dəfn olunub

APA-nın xəbərinə görə, Ə. Mütəllibova Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Ə. Mütəllibovanın 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək.

***

15:19

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi davam edir.

APA-nın xəbərinə görə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından vida mərasiminə əklil göndərilib.

***

14.48

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ədibə Mütəllibova ilə vida mərasimi başlayıb.

APA-nın xəbərinə görə, mərhumun yas mərasimi Təzəpir məscidində keçirilir.

Qeyd edək ki, 81 yaşlı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Ə.Mütəllibova bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq
Diaspora