Azərbaycanda 94 min nəfərin pensiyası 30 faizdən çox artacaq

Azərbaycanda 94 min nəfərin pensiyası 30 faizdən çox artacaq backend

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət sektorunda əmək haqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının 30 faizdən çox artmasına səbəb olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və başqaları daxildir.

Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əmək haqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.
Diaspora