Mərhum jurnalist Zabil Müqabiloğluna həsr olunan "Son zəng" kitabının təqdimatı - FOTO

Mərhum jurnalist Zabil Müqabiloğluna həsr olunan "Son zəng" kitabının təqdimatı - FOTO backend

Bu gün mərhum jurnalist Zabil Müqabiloğluna həsr edilən "Son zəng" kitabının təqdimat mərasimi keçirilib

Qaziler.az bildirir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov aparıb. Kitab təqdimatında iştirak edən jurnalistlər Qulu Məhərrəmli, Rəşad Məcid, Umud Rəhimoğlu, Bahəddin Həziyev və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüblər.

Kitabın hazırlanmasında və nəşr olunmasında Milli Məclisin deputatı Qənirə Paşayevanın, Mətbuat Şurasının və onun sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun, publisist, şair Umud Rəhimoğlunun, professor Qulu Məhərrəmlinin, tanınmış jurnalist, redaktor Famil Cəfərlinin, eləcə də, bir sıra başqa şəxslərin dəstəyi olub.

Tədbirdə Zabil Müqabiloğlu ilə bağlı videoçarx da göstərilib. Mərhum jurnalistin bacısı Sevinc Əliyeva Zabil Müqabiloğlunun xatirəsinə göstərilən hörmətə, kitabın nəşrində göstərdikləri köməyə, təqdimatda iştiraka görə təşəkkürünü bildirib.