Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif") anım günüdür
Qaziler.az bildirir ki, bununla əlaqədar olaraq silahdaşları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, "Qarabağ Qaziləri" birliyinin sədri Asəf Əliyev, "Qarabağ Əlillərinə Qayğı" birliyinin sədri Firidun Məmmədov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Azərbaycan ordusunun zabitləri, generalları, şəhid ailələri, müharibə veteranları, yazıçılar, şairlər şəhid Milli Qəhrəmanın xatirəsini yad etmək üçün Bakıda II Şəhidlər Xiyabanında olan məzarını ziyarət ediblər. Onlar Asif Məhərrəmov haqqında danışaraq, xatirələrini bölüşdülər.Ziyarətdən sonra Cəfər Cabbarlı adına kitabxanada anım günü ilə bağlı dəyirmi masa keçirilib.
Xatırladaq ki, 1952-ci il, iyulun 26-da Ağdamda doğulan Asif Məhərrəmov 1 iyul 1994-cü ildə Yaltada vəfat etmiş, iyulun 3-də Bakıda torpağa tapşırılmışdır.
Milli Qəhrəman Asif Məhərrəmov ( Fred Asif ) haqqında materiallar bu linkdə





Rəssam Fərman Qasımov Milli Qəhrəmanın zərlə tablo janrında işlədiyi portretini iştirakçılara təqdim edib:
