Prezident Milli Qəhrəman Şirin Mirzəyevin oğlunu təltif etdi - RƏSMİ

Prezident Milli Qəhrəman Şirin Mirzəyevin oğlunu təltif etdi - RƏSMİ backend

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib.

Onların arasında “Vətən uğrunda” medalı ilə təltif edilən - polis polkovnik-leytenantı Mirzəyev Elsevər Şirin oğlu da var.

Xatırladaq ki, E.Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı, polkovnik leytenant, şəhid Şirin Mirzəyevin oğludur. O, uzun illərdi Daxili İşlər Nazirliyində çalışır.

QAZİLER.AZ
Diaspora