Sevgililər Günü qeyd edildi

Sevgililər Günü qeyd edildi backend

İyunun 29-da Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin ofisində 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü - 30 İyun Sevgililər Günü qeyd edildi

Qaziler.az bildirir ki, tədbiri Azərbaycanın ilk hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı aparıb.

Tədbirdə millət vəkilləri, ziyalılar, Qarabağ döyüşçüləri, İlhamın və Fərizənin ailə üzvləri, media nümayəndələri iştirak edib.

İlham və Fərizənin sevgi işığına toplaşanlar əvvəlcə onların uyuduğu Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Faktor.az saytının hazırladığı (Ssenari müəllifi Xanəmir Teymuroğlu) “Eşqin şəhadəti” adlı filimi nümayiş olundu.

Millət vəkilləri Flora Qasımova və Aydın Mirzəzadə çıxış edərək İlham və Fərizənin ölməz sevgisindən danışdılar. Onlar bu günün Azərbaycanda Sevgililər günü olaraq qeyd edilməsinin tərəfdarı olduqlarını qeyd etdilər.

İştirakçılardan Aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovun xanımı Sevinc Alıyeva, Xalq şairi Vahid Əziz, tanınmış din xadimi Seyid Camal Əzimbəyli, Tərxis Olunmuış Hərbçilər Birliyinin sədri Emin Həsənli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firidun Məmmədov, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, yazıçı Aysel Əlizadə, xanəndə Zahid Quliyev, tanınmış jurnalist Şamil Sabiroğlu və digərləri çıxış etdilər.

Tədbirdə “Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyev də iştirak edib.

P.S. Xatırladaq ki, 2001-ci ildə "Xural" qəzetinin təşəbbüsü ilə Azərbaycanda 30 iyun - Sevgililər Günü kimi qeyd edilməyə başlayıb.







Diaspora