SƏNİ GÖZLƏYƏN VAR, QIZCIĞAZ...- 1 İYUNA SÖZARDI

SƏNİ GÖZLƏYƏN VAR, QIZCIĞAZ...- 1 İYUNA SÖZARDI backend

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Qazilər.az saytı Azərbaycanın tanınmış jurnalisti, yazıçı - publisist, Azərbaycan, rus, ingilis, türk, malay dillərindən nəşr olunan 12 kitab müəllifi, əslən Xocalıdan olan, Xocalı soyqırımın canlı şahidi Səriyyə Müslüm qızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabından esseləri təqdim edəcək. Kitabda 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda qətlə yetirilən 63 uşağın taleyindən bəhs edən kiçik esseləri təqdim edirik. Biz bu balaca hekayələrin dünyada bərabarin görmürük. Heç bir cümləlik tərcümeyi – hala rast gəlmisiniz? Elə isə buyurun! Qoruya bilmədyimiz növbəti uşaq...

Yusifova Natavan Pənah qızı 1988-ci ildə Şuşada anadan olmuşdu. 1992-ci il fevralın 26-da 4 yaşında itkin düşüb. İndiyədək taleyi məlum deyil.

...Natavan dünyaya gəlməmişdən əvvəl ailələri öz ata-baba yurdlarından - Ermənistanın Masis rayonundan qovulub Şuşaya pənah gətirmişdilər. Ailənin üçüncü uşağı olan Natavan Şuşada doğulduğundan ona xan qızı Natavanın adını qoyumuşdular. Üzün kiprikli, qara qaşlı, qara gözlü, dilli-dilavər qızcığaz ailənin sevimlisiydi. Tale onları Xocalıya gətirmişdi. Atası Pənah Xocalıda polis şöbəsində işlədiyindən ailə Xocalıda yaşayırdı. Sonra isə...

Sonrasını Natavanın atası Pənah Yusifovun dilindən eşitsək yaxşıdır:

- O gecə postda idim. Postumuz düşmən əlinə keçəndən sonra evə qaçıb 3 övladımı və həyat yoldaşım Saranı kəndin ortasındakı bir evdə yerləşdirdim. Evin yaxınlığında Vidadi Cavadovla mövqe tutub, atışmağa başladıq. Birdən ermənilər qranotomyotla evi vurub dağıtdılar. Ev yanırdı. Yaxınlaşmaq mümkün deyildi. Polis şöbəsinə gəldik. Orada heç kim yox idi. Xocalıda körpünün altına gəlib, bir nəfərin bələdçiliyi ilə meşəyə üz tutduq. Fevralın 26-da sübh çağı idi. “Qara Qaya” deyilən yerə çatanda güclü atışma başladı. Bizi hər tərəfdən atəşə tutub, qırırdılar. Bir nəfərin sürünə biləcəyi arxın içi ilə sürünə-sürünə Ağdama gəldik. Faciədən bir neçə gün sonra Xocalıdan götürülən əsirləri dəyişməyə başladılar. Ağdam mərkəzi xəstəxanasına bir avtobus əsirlikdən azad olunan adamları gətirmişdilər. Qızım Sərvinazla, oğlum Ramili orada tapdım. Əsirlikdən azad olunmuş Nurxanım xaladan həyat yoladşımı və Natavanı soruşdum. Dedi ki, ev dağılanda Sara öldü, amma Natavandan xəbərim olmadı.

…İndiyədək Pənah Yusifov Natavanın sorağındadı...

...Heç onun günahsız ruhu da xəbər gətirmir. Nə bilək, bəlkə cocuqların ruhu olmur...
Diaspora