İcra başçısı səyyar qəbul-görüşü keçirib

İcra başçısı səyyar qəbul-görüşü keçirib backend

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşü keçirib. O, bu dəfə rayonun Gecəgözlü kəndindən olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Gecəgözlü kənd yatağında olub.

QAZLİER.AZ AzNews.az-a istinadla xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
O, bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
Alı Alıyev deyib ki, Gecəgözülü kənd yatağının işıq, su, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. İlin sonuna kimi isə əraziyə qaz çəkiləcəkdir.
Gecəgözlü kənd yatağında məktəb, tibb məntəqəsi fəaliyyət göstərir, burada məskunlaşan məcburi kömkünlərə təsərrüfatla və maldarlıqla məşğul olmaq üçün torpaq sahələri ayrılıbdır.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Diaspora