Binəqədi Gənclər Evində həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranların və şəhid ailələrinin üzvlərinin) dərzilik peşəsinə yiyələnməsinə dəstək məqsədi ilə qrup görüşü keçirilib.
Qaziler.az bildirir ki, görüşdə çıxış edən “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili" layihəsini həyata keçirir.Layihənin 2 əsas məqsədi var. Plastik torbaların sağlamlığa zərəri il bağlı təbliğat aparmaq. Paralel olaraq həssas sosial qrplara peşə vərdişi aşılamqla, onları parça torbaların təbliğ olunmasına cəlb etmək.
Akif Kərimov əlavə edib ki, bir neçə qrupda təşkil olunan kurslarda 30 nəfərə dərzilik peşəsi öyrədiləcək.
Görüşdə iştirak edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə də layihənin ölkədə aparılan özünüməşğulluq proqramına uyğun olduğunu qeyd edib.
Daha sonra iştirakçılar dərzilik kurslarının təşkil olunduğu istehsalat mərkəzinə baş çəkiblər. Və təlimçilər tərəfindən iştirakçılara tanışlıq və ilkin tədris məlumatları təqdim olunub.