Ləki-Qəbələ dəmir yolunun tikintisi 2020-ci ildə başa çatacaq

Ləki-Qəbələ dəmir yolunun tikintisi 2020-ci ildə başa çatacaq backend

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilməsi çərçivəsində torpaq yatağının qurulması ilə bağlı işlər ilin sonuna yekunlaşacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.

Onun sözlərinə görə, dəmir yollarının çəkilməsi isə gələn ilin ortalarına qədər davam edəcək: "Bununla yanaşı, "Ştadler" şirkətinə məxsus qatarlarından bu xəttə də istifadəsi planlaşdırlır".

Qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Diaspora