Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
APA xəbər verir ki, Ə.Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.