Televiziya rəhbərini ölümcül döydülər - Bakıda

Televiziya rəhbərini ölümcül döydülər - Bakıda backend

Azərbaycanda televiziya rəhbərinə elektroşok verib döyübər. AzNews.az Femida.az-a istinadən xəbər veririr ki, GünAz TV Bakı studiyasının rəhbəri Araz Obalının (Əlirza Yusifi) evinə şübhəli basqın olub. Özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edən iki naməlum şəxs, kirayədə yaşayan , Araz Obalını döyərək təxminən 5000 manat pul, mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşməyən bir çox qiymətli əşyalar aparıblar. Araz Obalı bu haqda Femida.az açıqlamasında bildirib:

“Hələlik saxlanılan yoxdur. Amma şübhələndiklərim var. Onların üzlərini gördüm. Çünki, məni 2-3 dəfə izləyiblər. Son hadisədən 1 həftə əvvəl onlarla rastlaşmışdım. Hesab edirəm ki, bu adi bir oğurluq deyil. Çünki, onlar mənə hücum edəndə bildirdilər ki, biz bilirik, sən burada təksən, ona görə köməyinə gələn olmayacaq. Buradan bəlli olur ki, onlar konkret sifarişi yerinə yetiriblər. Məsələnin sonuna qədər gedəcəyik”.

Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb. İstintaq gedir.
Diaspora