“Cənab Ali Baş Komandan, döyüş əmri ver, tarixi torpaqlarımızı işğaldan azad edək!”
Qaziler.az bildirir ki, bu sözləri Kəlbəcərdən olan Qarabağ əlili Qənimət Səmədov deyir. Qarabağ əlili Ermənistanın baş nazirinin Şuşanın işğalı günü buraya gələrək bayram tədbiri keçirirməsindən, ermənilərin Kəlbəcərdə meyxana deyərək “Kürə qədər olan Azərbaycan torpaqlarını alacaqları” ilə bağlı sayıqlamalarına hiddətlənərək, Prezidentdən döyüş əmri verməsini xahiş edib. O, saytımıza göndərdiyi videogörüntü ilə, Prezident İlham Əliyevə müraciət edərək bir kəlbəcərli, döyüşçü kimi bütün bunların ona çox pis təsir etdiyini ürək ağrısı ilə söyləyib.“Sizdən çox xahiş edirəm, döyüş əmri verin, savaşaq, düşməni son nəfərinə qədər məhv edək, gedək öz torpaqlarımızda yaşayaq. Nə qədər həsrətlə Murova baxmaq olar? Qaçaq yaşamaq olar, qaçqın yaşamaq olmaz” - Qarabağ qazisi belə deyib.