Rabitə Nazirliyi Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq

Rabitə Nazirliyi Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, nazirlik yanında qərargah iyunun 2-dən Oyunların başa çatmasınadək sutkalıq rejimdə işləyəcək, göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarət edəcək.

Ə.Abbasov qeyd edib ki, operativ həll olunmasını tələb edən müəyyən problemlər yarada biləcək əsas məqamlar mövcuddur.

Nazir nümunə qismində ölkənin efir məkanına mümkün müdaxilədən qorunmanı, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini, radiotezliklərin müdafiəsini, mobil rabitə və məlumatların ötürülməsi xidmətinin keyfiyyəti məsələlərini sadalayıb.
Diaspora