Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı

Pensiyaçılar üçün  “Gümüşü Könüllü” proqramına başlandı backend

Azərbaycanda könüllülük hərəkatında yenilik: İlk DOST mərkəzində pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Gümüşü Könüllü” proqramına start verilib.

Proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

“Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya LINK ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Diaspora