"Canavarlar" respublika birincisi olmaq istəyir

"Canavarlar" respublika birincisi olmaq istəyir backend

Salyan şəhər şəhid Yavər Qafarov adına 8 saylı tam orta məktəbin "Canavarlar" komandası respublika çempionu olmaq istəyir.

Bu barədə Qaziler.az-a Salyan şəhər Yavər Qafarov adına 8 saylı tam orta məktəbin hərbi rəhbəri Zamiq Əsgərov məlumat verib.

"Salyan şəhər şəhid Yavər Qafarov adına 8 saylı tam orta məktəbin "Canavarlar" komandası aprelin 16-da keçirilən "Şahin" hərbi idman oyunlarının zona çempionatında birinci olub. İndi isə mayın 10-da keçiriləcək respublika çempionatına ciddi hazırlaşırıq. Ümid edirik ki, "Canavarlar" respublika birincisi olacaq. Biz bununçün var qüvvəmizlə çalışırıq".