“Azərbaycanda məktəblərdə şagirdlər arasında monitorinq imtahanları VI və VII siniflər üzrə aparılacaq”.
QAZİLƏR saytı xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu il monitorinq imtahanları V siniflər üzrə aparılmayacaq: "İyun ayında Bakıda keçiriləcək Olimpiada oyunları ilə əlaqədar may ayında vaxtımız məhduddur. Ona görə də may ayında əlavə kütləvi tədbirin keçirilməsinə imkan yoxdur. Hətta bu il buraxılış imtahanının vaxtında da dəyişiklik edilib. Bu il monitorinq imtahanları yaınız VI və VII siniflər üzrə keçiriləcək. Gələn il isə monitorinq imtahanları V siniflərdə də və Azərbayacn dili, Riyaziyyat fənni ilə yanaşı, başqa fənlərdən də təşkil olunacaq. Bir daha qeyd edirəm ki, bu imtahanlar şagirdlərin nəticələrinə təsir göstərmir”.