5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür backend

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

Dövlət hər ay əlillik qruplarına uyğun olaraq onlara pensiya və sosial müavinətlər verir. Əlillərin pensiyaları, onlara göstərilən maddi yardımlar da ildən-ilə artırılır. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır. (AzərTAc)