Prezident və xanımı I Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində

Prezident və xanımı I Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində backend

Mayın 29-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.

QAZİLER.AZ-ın AzərTac-a istinadən məlumatına görə, Gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə prezident və xanımına məlumat veriblər.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə çalışanlar üçün yaradılan şəraitlə maraqlanıblar.
Diaspora