Rəssam Tərlan Eyvazov uzun zaman axtarişları, gərgin yaradici əmək sərfindən sonra Nəsimi dühasina həsr etdiyi tablonu ərsəyə gətirib.
Qaziler.az bildirir ki, o, bu barədə feysbuk səhifəsində yazıb. Tərlan Eyvazov: "Bilirəm ki, buna baxan kimi bəziləri: "axi bu üzdən Nəsimiyə bənzəmir" deyə dusunə bilər. Bəli, gözəl sənətkarimiz, xalq rəssami Mikayil Abdullayev 50 il öncə sairin 600 illik yubileyində ədibin portretini isləyib təqdim etmiş ve bu iş ümümən əsas portet kimi qəbul edilmisdi. Mehz bu əsər üzərindən "Nəsimi" filminin bas qəhrəman obrazi yaradilmısdı. Amma sairin obrazını məşhur rəssamlardan Oqtay Sadiqzadə, Elbəy Qasimov, heykəltaraşlar - Tokay Məmmədov, Ibrahim Zeynalov da yaratmışlar. Şairlər də onu fərqli uslubda təsvir etmislər. Mən də belə yanasdim. Bunun uçun akademik Həmid Araslının, professor Rustəm Əliyevin, dəyərli nesimişünas alimimiz Səadət Şıxıyevanın tədqiqatlarina muraciət etdim. Əziz dostlarimiz ilhaiyyatcilar Vusal Hətəmov, Kənan Rövşənoğlu ilə saatlarla sohbət apardim. Tv-lərdə gedən mövzuya aid sohbətləri dinləyərək o dövrə aid filmləri izlədim. Təbii ki, butun bunlarla yanaşı, uzun illərdən bəri daima şairi mutailə etməyim, əsərlərindəki mənani dərk etmək həvəsim koməyimə çatdı.Əsərin əsas qayəsi ikilikdir. Bu dunya, o dunya, ruh və tən ( bədən), yer və göy, doğu, bati, və sair. Səhər üfüqdə günəşin yenicə doğan vaxtı goydə həm günəş, həm də ay görunur. Səmada 7 ulduz, sairin əsərlərində dəfələrlə vurğuladığı 7 səyyarə-planetə isarədir. Qədəm basdığı torpaq səhra nə qədər isti, qısır olsa da ədibin gəlisi ilə gül açır. Sağda 7 dəvədən ibarət karvan güncixana, əbədiyyətə doğru yola cixmaqda. Yaniz sondaki dəvə yatmis, Nəsimini gozləməkdə. Ədibin isə bir övliya olaraq bizə deyəcəkləri var. Öz sözu ilə desək:
"Dunya duracaq yer deyil ey can, səfər eylə,
Aldanma onun halına, ondan həzər eylə."
Deyib əbədiyyətə:
Vardir bu aləmden özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız...
Dediyi dünyasina qovusacaq..." - deyə bildirib.
Qeyd edək ki, tablo sənətşünas alim Ziyadxan Əliyevin " Nəsimi yaradıcılığı təsviri sənətdə" adlı yeni kitabında dərc olunacaq.
