Xəstə müharibə iştirakçısının müraciətinə Heydər Əliyev Fondundan anındaca reaksiya gəldi...

Xəstə müharibə iştirakçısının müraciətinə Heydər Əliyev Fondundan anındaca reaksiya gəldi... backend

Qarabağ müharibəsi veteranı, hüquqşünas Tofiq Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciəti ilə əlaqədar Heydər Əliyev Fondundan anındaca reaksiya verilib.

Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Şahin Sərdarlı məlumat paylaşıb. Qeyd edib ki, Qarabağ döyüşçüsü Tofiq Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətdən dərhal sonra Heydər Əliyev Fondunun əməkdaşları Tofiq Hüseynova baş çəkib, onun səhhəti ilə maraqlanıb.

T.Hüseynovun yaxın qohumu Şahin Sərdarlı Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, məsələyə anındaca reaksiya verdiklərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini mərhəmətin oaizisi adlandırıb:

“Ümidim böyükdür ki, Tofiq Hüseynovun müalicə olunub ayağa qalxması üçün Heydər Əliyev Fondu əlindən gələni əsirgəməyəcək. Bu mötəbər və nəcib işlərinə görə fonda minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Qarabağ müharibəsi veteranı, hüquqşünas Tofiq Hüseynovun xəstəliyinin Türkiyənin İstanbul şəhərində yerləşən Liv Hospitalında müalicəsi var, lakin maddi imkanı olmadığı üçün müalicəsini davam etdirə bilmirdi. Müalicəsi ilə əlaqədər Tofiq Hüseynov Azərbaycan Respublikası I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlamışdı.

MÜRACİƏTİN LİNKİ BURADA


Diaspora