Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verilib.Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Beləliklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasını İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, əvəzçi namizəd kimi isə həmin konfederasiyasının üzvü, “NEURON TECNOLOGİES” MMC-nin baş direktoru İsmayıl Ələkbərov təmsil edəcək.
Xatırladaq ki, Şuranın üzvlüyündə yer alan Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib.